Hindistana xam neft məhsullarının ixracı artıb

2023.04.13 15:53 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 201 908,61 min ABŞ dolları dəyərində 322 662,47 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 2,2 dəfə (111 756,5 min dollar), həcm baxımından isə 2,3 dəfə (185 696,22 ton) üstələyir.

Təkcə cari ilin fevralında bu ölkəyə 116 097,25 min dollar dəyərində 184 134,98 ton xam neft məhsulları ixrac edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 30 285,89 min dollar (35,3 faiz), həcm olaraq isə 45 607,49 ton (33 faiz) çoxdur.