Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar, biznesin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində atılan addımlar müsbət nəticələr verməkdədir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında MR-də ƏDV ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 178,9 milyon manatdan çox, əldə olunmuş elektron qaimə-fakturalar üzrə isə 214,1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə 2,1 dəfə, əldə olunmuş elektron qaimə-fakturalar üzrə 2,6 dəfə artım müşahidə olunub.