Fəaliyyəti aktivləşən ƏDV ödəyicilərinin sayı artıb

2023.04.12 15:35 (UTC+04:00)

Bu ilin birinci rübündə fəaliyyəti aktivləşən (bərpa edilən) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, fəaliyyəti aktivləşən ƏDV ödəyicilərinin sayı isə 22,4 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 26,6 faiz artıb. Hesabat dövründə 399 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.