Ölkədə elektrik enerjisi istehsalı 8 faizədək artıb

2023.04.12 11:28 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7756,2 milyon kilovat saat elektrik enerjisi istehsal olunub.

vergiler.az” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisini 7,7 faiz üstələyir.

Hesabat dövründə elektrik enerjisinin 1238,9 milyon kilovat saatı ixraca yönəldilib, 31,3 milyon kilovat saat isə idxal edilib.