Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 37 milyon manatdan çox olub

2023.04.12 11:02 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz və ya 5,4 milyon manat artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 25 faiz artaraq 10,1 milyon manat təşkil edib.

Cari ilin yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artıb və 938 min manata çatıb.

2023-cü ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5,6 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 16,5 faiz artıb.