Qaz ixracı 11,2 faiz artıb

2023.04.11 14:13 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qaz ixracı 11,2 faiz artaraq 6,5 milyard kubmetr təşkil edib.

vergiler.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, ixracın 45 faizi (2,9 milyard kubmetri) Avropanın, 41 faizi (2,7 milyard kubmetri) Türkiyənin, 14 faizi (0,9 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.

Hesabat dövründə TANAP Türkiyəni 1,4 milyard kubmetr qazla təchiz edib.