Cari ilin iyul ayında “Araz Vadisi İqtisadi Zonası”nda “Avtolizinq Azərbaycan” fəaliyyətə başlayacaq.
“vergiler.az” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, KAMAZ-la Gəncə Avtomobil Zavodu tərəfindən icra olunan bu layihənin icra işlərinin 85 faizi artıq yekunlaşıb. “Yaxın zamanda orada həmçinin “İVECO Azərbaycan”ın servis mərkəzinin inşasına başlanılacaq. Bu istiqamətdə layihə işləri yekunlaşıb”, - deyə E.Nuriyev qeyd edib.
İZİA rəhbəri əlavə edib ki, Ağdam Sənaye Parkında da bir sıra layihələrin icrası ilə bağlı müraciətlər daxil olub ki, onlar hazırda baxılmaqdadır.