“Sənaye parklarında rezidentlərin sayı artmaqda davam edir və son 4 ayda bizim əlavə 12 rezidentimiz qeydiyyatdan keçib”.
“vergiler.az” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, rezidentlər həm Ağdam Sənaye Parkında, həm də əvvəldən fəaliyyət göstərən sənaye parklarında qeydiyyatdan keçiblər.
“Rezidentlər tərəfindən ümumilikdə 100 milyon manata yaxın investisiya yatırılacaq. Bununla yanaşı, əlavə 650 yeni iş yerinin açılması planlaşdırılır”, - E.Nuriyev qeyd edib.