2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib

2023.04.11 11:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir. Xidmət dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu dövrdə hərraca çıxarılan dövlət əmlakı üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.