Başqırdıstan Azərbaycana spirtli içkilər ixrac etməyə başlayıb.
“vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirovun keçirdiyi həftəlik əməliyyat müşavirəsində “Başspirt” müəssisəsinin baş direktoru Raif Abdraximov məlumat verib.
Onun sözlərinə görə, hazırda müəssisənin məhsulları ölkənin 84 rayonuna tədarük edilir. “2022-ci ildə içki istehsalının həcmi 44,4 milyon litr təşkil edib. Bu il biz qarşımıza istehsalı daha 4 faiz artırmaq vəzifəsini qoymuşuq”, - deyə R.Abdraximov qeyd edib.