Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Bosniya və Herseqovina ilə ticarət dövriyyəsinin ümumi həcmi 352,42 min ABŞ dolları və ya 2,3 dəfədən çox artaraq 612,6 min dollar təşkil edib.
"vergiler.az" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ölkə ilə ticarət dövriyyəsi məhz idxal əməliyyatları üzrə formalaşıb. Hesabat dövründə Azərbaycandan Bosniya və Herseqovinaya məhsul ixrac edilməyib.
Cari ilin ilk iki ayında Bosniya və Herseqovinadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,5 dəfə və ya 372,97 min dollar artıb.
Təkcə fevral ayında bu ölkədən məhsul idxalının dəyəri 11,4 faiz və ya 33,2 min dollar artaraq 322,9 min dollar təşkil edib.