Bu ilin birinci rübündə Ulyanovsk vilayətinin ərazisindən Azərbaycana 9951 ton ərzaqlıq buğda ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, hesabat dövründə ixrac üçün göndərilməsi nəzərdə tutulan ümumilikdə 11 856 ton ərzaqlıq buğdaya nəzarət tədbirləri həyata keçirilib.
Məhsul həmçinin Qazaxıstan (1065 ton) və Qırğızıstana (840 ton) göndərilib.
Laboratoriya tədqiqatları nəticəsində məhsulda zərərli orqanizmlər aşkar edilməyib, 229 fitosanitar və 1966 karantin sertifikatı verilib.