Yeni nəsil NKA-lar vasitəsilə qeydə alın­an dövriyyə 5 milya­rd manata çatıb

2023.04.10 14:19 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, indiyədək ölkə ərazisində 87 390 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-mart ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə​ müqayisədə 20,6 faiz çoxdur.