Aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb

2023.04.10 12:56 (UTC+04:00)

2023-cü ilin aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 724,4 minə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 41,5 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 191,5 min olub.