"Caspian Energy Investment Forum Istanbul 2023" keçiriləcək

2023.04.10 11:02 (UTC+04:00)

Aprelin 30-da Türkiyədə beynəlxalq "Caspian Energy Investment Forum Istanbul 2023" Forumu keçiriləcək.

“Caspian Energy Club”dan “vergiler.az”a verilən məlumata görə, Forumun əsas mövzuları qabaqcıl ölkələrin inkişaf modeli, Orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji” və türkdilli ölkələrin iqtisadi birliyi olacaq.

Məqsəd regiondakı davamlı inkişaf proseslərini işıqlandırmaq, zəlzələdən zərər çəkən bölgələrə və digər regionlara investorların cəlb olunması, dövlət və özəl sektorda həyata keçirilən layihələri beynəlxalq arenada tanıtmaqdır.

Forum iştirakçıları üçün beynəlxalq səviyyədə şəbəkələşməyə şərait yaradılacaq.