Bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxılıb

2023.04.10 10:06 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxıb.

vergiler.az” xəbər verir ki, bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Bildirilir ki, 13 müraciət üzrə tələblər təmin edilib, 7 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 14 müraciət üzrə isə araşdırma davam edir.