Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının həcmi 3 milyon tonu ötüb

2023.04.10 09:34 (UTC+04:00)

2022-ci ildə Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının ümumi həcmi 2021-ci illə müqayisədə 4 dəfə artaraq 3 milyon tondan çox olub.

vergiler.az” “Qazaxıstan Dəmir Yolu”na istinadən xəbər verir ki, taxıl, mədən və metallurgiya məhsullarının daşınmasında artım qeydə alınıb. Ən yüksək artım (7 dəfə) Qazaxıstandan, o cümlədən Azərbaycandan keçməklə, ixracda olub ki, bu da 2,7 milyon ton təşkil edib.

Bu ilin 1-ci rübündə ölkələr arasında daşımalar da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox artaraq müsbət dinamika nümayiş etdirir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları arasında əməliyyatların sinxronlaşdırılması məqsədilə Azərbaycan tərəfi ilə birlikdə nəqliyyatın planlaşdırılması və əlaqələndirilməsi üçün virtual dispetçer mərkəzi yaradılıb ki, bu da malların daşınması ilə bağlı ölkələrarası məlumat mübadiləsini təkmilləşdirir.