Aprelin 28-də Belqradda Serbiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, iclas çərçivəsində Agentliyin və Serbiyanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
Azərbaycan sahibkarları Serbiya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Forumla bağlı bütün xərclər sahibkarlar tərəfindən qarşılanacaq.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar 17 aprel 2023-cü il tarixinədək AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqə:
Tel.: (+994 12) 598-01-47/48 (daxili 3641)
E-mail: [email protected]