Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların ümumi həcmi artıb

2023.04.07 11:56 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 80 861,9 milyon manat, sayı isə 21 072,9 min ədəd təşkil edib.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 2 dəfədən çox, sayında isə 73,6 faiz artım qeydə alınıb.

Cari ilin yanvar ayına nisbətdə isə fevralda aparılan əməliyyatların ümumi həcmi 0,3 faiz (138,7 milyon manat) artaraq 40 500,3 milyon manat, sayı isə 3,9 faiz (401,3 min ədəd) artaraq 10 737,1 min ədəd təşkil edib.