Alma ixracı 2 dəfədən çox artıb

2023.04.07 10:12 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində ölkədən 10 207,54 min ABŞ dolları dəyərində 15 942,58 ton alma ixrac olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərini dəyər olaraq 2,1 dəfəyədək (5 323,13 min dollar), həcm olaraq isə 2,1 dəfədən çox (8 440,17 ton) üstələyir.

Cari ilin yanvar ayına nisbətdə isə fevralda almanın ixrac dəyəri 2,2 faiz (112,64 min dollar) artıb, həcmi isə 1,4 faiz (113,32 ton) azalıb.

Qeyd edək ki, 2023-ci ilin ilk iki ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,57 faizə bərabər olub.