Hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

2023.04.06 14:52 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 52,2 faiz çoxdur.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalar 79,4 faiz azalaraq 21,3 min ton olub.