Niderlandla ticarət dövriyyəsi 43 faizdən çox artıb

2023.04.06 09:56 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Niderlandla ticarət dövriyyəsinin ümumi həcmi 7 941,66 min ABŞ dolları və ya 43,4 faiz artaraq 26 219,83 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Niderlanda 6 798,88 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 724,96 min dollar və ya 11,9 faiz üstələyir.

Niderlanddan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 59,1 faiz və ya 7 216,7 min dollar artaraq 19 420,95 min dollara çatıb.

Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderlandla ticarətin payı 0,36 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,13 faiz bəndi çoxdur.