Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərrac keçirib

2023.04.05 16:50 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 4-də növbəti hərrac keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisələri Şirvan şəhərində yerləşən Anbarlar sahəsi və Qazax rayonunda yerləşən Qazax ərazi yun tədarükü və qəbulu idarəsidir. Bu obyektlərin ümumi faydalı sahəsi müvafiq olaraq 2102 və 563 kvadratmetr, torpaq sahəsi isə 2316 və 16700 kvadratmetrdir.

Əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. 4 aprel hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 156 500 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/343yJW)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 11, 12, 18 aprel tarixlərində keçiriləcək.