Aprelin 11-də Bakıda Azərbaycan və Türkiyə biznes dairələri arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
“vergiler.az” xəbər verir ki, tədbirə Türkiyənin qida, kənd təsərrüfatı, kimya sənayesi, xidmət sektoru, tekstil və didər sahələrini təmsil edən 27 şirkət qatılacaq.
Qeyd edilən sahələr üzrə yerli müəssisə və şirkətlərlə B2B görüşlər keçiriləcək.