Azərbaycan Tatarıstanda iqtisadi forumda təmsil olunacaq

2023.04.05 12:07 (UTC+04:00)

Mayın 18-dən 21-dək Tatarıstanda “Rusiya-İslam Dünyası: KazanForum - 2023” Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

vergiler.az” tədbirin təşkilatçısına istinadən xəbər verir ki, Forum çərçivəsində 140-dan çox müxtəlif sessiyanın keçirilməsi nəzərdə tutulub.

Biznes proqramının əsas mövzuları islam maliyyəsi və halal sənaye, beynəlxalq əməkdaşlıq, texnologiya, innovasiya, investisiya, sənaye (o cümlədən gəmiqayırma, neft-qaz kimyası və dəzgah istehsalı) və s. olacaq.

Həmçinin forum çərçivəsində Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-Özbəkistan, Rusiya-İndoneziya, Rusiya-Misir, Rusiya-Malayziya və Rusiya-İran konfranslarının keçirilməsi planlaşdırılır.