Martda Neft Fondunun valyuta satışları artıb

2023.04.05 11:13 (UTC+04:00)

Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

vergiler.az”ın Fondun yaydığı məlumatlara əsasən apardığı hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 142,3 milyon dollar və ya 27 faiz azalıb.

Cari ilin fevral ayı ilə müqayisədə isə mart satışlarının həcmində 27,3 milyon dollar və ya 7,6 faizdən çox artım qeydə alınıb.