Qazaxıstan ölkəmizə akkumulyator tədarükünü planlaşdırır

2023.04.05 09:58 (UTC+04:00)

Qazaxıstan Azərbaycana akkumulyator tədarük etməyi planlaşdırır. “vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, istehlakçıların və regional topdansatış distribyutorlarının tənzimlənən alışlarında məhsulların həm daxili, həm də xarici bazarlarda təşviqi özəl şirkət vasitəsilə həyata keçiriləcək.

Məhsullar region ölkələri, Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə də tədarük ediləcək.

İstehsal cari ilin dekabrında planlaşdırılır. Müəssisənin istehsal gücü 210 min ədəd hazır məhsul olacaq. Dəyər ifadəsində orta illik istehsal gücü 22 milyard təngəyə (49 milyon ABŞ dolları – müəl.) bərabər olacaq.