2023-cü ildə Stavropoldan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 9 dəfə artıb.
“vergiler.az” xəbər verir ki, bu barədə sözügedən regionun Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, əksər tədarüklər un, quş əti və günəbaxan yağının payına düşüb. 2022-ci illə müqayisədə cari ildə Stavropol Azərbaycana öz istehsalı olan yem ixracını 9 dəfə, Özbəkistana kənd təsərrüfatı məhsullarının ixracını isə təqribən iki dəfə artırıb.
Stavropol kənd təsərrüfatı nazirinin müavini Artyom İlyinin sözlərinə görə, Özbəkistan, Azərbaycan, Səudiyyə Ərəbistanı və Çin artıq bir neçə ildir ki, Stavropol məhsullarının əsas idxalçıları sırasındadır. Bölgənin Rusiya hüdudlarından kənara satdığı bütün məhsulların təxminən 70 faizi bu ölkələrin payına düşüb.