Qazaxıstan şirkətlərinin ölkəmizin sənaye zonalarına investisiya yatırması müzakirə olunub

2023.04.04 17:51 (UTC+04:00)

Aprelin 4-də Qazaxıstan Respublikasının ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

İZİA-dan “vergiler.az”a verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə Qazaxıstan şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.