Bu ilin mart ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 1 994,6 milyon ABŞ dolları və ya 27,9 faiz artaraq 9133,0 milyon dollar təşkil edib.
“vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin fevral ayına nisbətdə isə martda valyuta ehtiyatlarında 1 faiz və ya 89,2 milyon dollar artım qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.