Lənkəranda şokolad istehsalı layihəsi üzrə 300 min manat güzəştli kredit verilib

2023.04.04 16:09 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Lənkəran rayonunda şokolad istehsalı layihəsi üzrə 300 min manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit rayonda fəaliyyət göstərən “La Ran” MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.