Dövlət satınalmalarında nəzarət tədbirləri nəticəsində 634,4 milyon manat vəsaitə qənaət edilib

2023.04.04 16:04 (UTC+04:00)

Dövlət satınalmaları sahəsində nəzarət tədbirlərinin nəticəsi kimi 2022-ci ildə 634,4 milyon manat vəsaitə qənaət edilib.

vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Xidmət rəisi bildirib ki, 2021-ci il ilə müqayisədə açıq tender üzrə qənaət edilən məbləğdə 95 faiz, təkliflər sorğusu üzrə 45,5 faiz, kotirovka sorğusu üzrə isə 1,9 faiz artıma nail olunub.