Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub

2023.04.04 14:29 (UTC+04:00)

Azərbaycanda səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.