AİB Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb

2023.04.04 10:39 (UTC+04:00)

2023-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

vergiler.az” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi “Asian Development Outlook 2023” icmalında qeyd olunub.

Ötən ilin sentyabr ayında dərc edilən hesabatda 2023-cü ildə ölkə iqtisadiyyatının 2,8 faiz artacağı proqnozlaşdırılırdı.

Bankın hesablamalarına görə, 2024-cü ildə ölkədə ÜDM artımı 3,8 faizə qədər sürətlənəcək.

Fermerlərə davamlı subsidiyalar və güzəştli kreditləşmə sayəsində aqrar-sənaye sektorunun 2023-cü ildə 3,8 faiz, 2024-cü ildə isə 4 faiz artacağı gözlənilir.

Bankın hesablamalarına görə, bu il və gələn il ölkənin tikinti sektorunda artım müvafiq olaraq 12 və 11 faiz, xidmət sektorunda isə 7 və 7,5 faiz təşkil edəcək.