Kredit qoyuluşlarının həcmi 87,8 milyon manat artıb

2023.04.03 17:09 (UTC+04:00)

Kredit qoyuluşlarının həcmi 87,8 milyon manat artıb

Bu ilin mart ayının 1-nə kredit qoyuluşları 19 757,4 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 630,9 milyon manat və ya 15,4 faiz çoxdur.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, fevralın 1-i ilə müqayisədə isə kredit qoyuluşlarının həcmində 87,8 milyon manat və ya 0,4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 19 594,4 milyon manat təşkil edib.