Azərbaycan və Rusiya biznes qurumlarının görüşü keçiriləcək

2023.04.03 15:05 (UTC+04:00)

Aprelin 18-də “Rusiya-Azərbaycan: işgüzar qarşılıqlı fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçiriləcək.

vergiler.az” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, tədbir hibrid formatda (video-körpü rejimində) keçiriləcək.

Müzakirələrdə Rusiya və Azərbaycan biznes qurumlarının nümayəndələri, Rusiya Federasiyasının hakimiyyət subyektləri, ekspertlər, regional ticarət-sənaye palataları və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Dəyirmi masa Rusiya Ticarət və Sənaye Palatasının, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və “ABB-Moskva” bankının dəstəyi ilə keçiriləcək.