Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 90 375,42 min ABŞ dolları və ya 29,1 faiz artaraq 400 962,86 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Çinə 21 046,64 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 11 073,52 min dollar və ya 2,1 dəfədən çox üstələyir.
Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 26,4 faiz və ya 79 301,9 min dollar artaraq 379 916,22 min dollara çatıb.
Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,59 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,68 faiz bəndi çoxdur.