Aprelin 19-dan 21-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KITF 2023” Beynəlxalq Turizm Sərgisində Azərbaycan milli pavilyonla təmsil olunacaq.
“vergiler.az” sərginin təşkilatçısı ITECA-ya istinadən xəbər verir ki, ölkəmizi “Azərbaycan Turizm Bürosu” təmsil edəcək.
Ümumilikdə sərgidə dünyanın 22 ölkəsindən 200-dən çox şirkət iştirak edəcək.
Sərginin üç günü ərzində işgüzar proqram formalaşdırılacaq ki, onun cədvəlinə seminar və təqdimatlar, təlim proqramları, marketinq fəaliyyəti daxildir.