Bu ilin yanvar ayında Azərbaycana 35,55 min. ABŞ dolları dəyərində 8,24 ton təbii bal idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər olaraq 8,7 faiz, həcm ifadəsində isə 5,8 faiz çoxdur.
Hesabat dövründə məhsul yalnız Türkiyə və İrandan idxal olunub.
Dəyər ifadəsində ən çox idxal Türkiyədən olunub. Bu ölkədən cari ilin ilk ayında 29,55 min dollar dəyərində 6,24 ton təbii bal idxal edilib ki, bu da 2022-ci ilin yanvar göstəricilərindən dəyər və həcm olaraq 2,8 və 2,6 dəfə çoxdur.
İrandan isə 6 min dollarlıq 2 ton bal tədarük edilib ki, bu da 2022-ci ilin yanvar göstəricisi ilə müqayisədə dəyər və həcm baxımından 44,5 faiz azdır.
Qeyd edək ki, bu ilin yanvarında Azərbaycandan cəmi 1,11 min dollar dəyərində 0,04 ton təbii bal ixrac edilib. Ötən ilin yanvarına nisbətdə ixracın dəyəri 18,5 dəfə, həcmi isə 2 dəfə artıb.