Azərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək

2023.03.31 15:47 (UTC+04:00)

Aprelin 3-də Bakıda Energetika Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, Forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, “yaşıl enerji” layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Tədbir çərçivəsində Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi də nəzərdə tutulur.