Mərkəzi Baltik regionu təmsilçilərinin ölkəmizə biznes missiyası gözlənilir

2023.03.31 14:41 (UTC+04:00)

Mərkəzi Baltik regionu ölkələri Latviya, Estoniya və Finlandiya Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirəcək və bizneslər arasında şəbəkələşmənin qurulmasını təşviq edəcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihə departamentinin rəhbəri Liqa Siçeva ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.

O, “yaşıl” texnologiyalar, ali təhsil, İKT və interyer dizayn məhsullarının əsas hədəf sektorlar seçildiyini bildirib.

L.Siçeva deyib ki, 3 il davam edəcək layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyaya 3, Azərbaycana isə 1 biznes missiya təşkil olunacaq və biznes forumlar keçiriləcək. Departament rəhbəri ilk biznes missiyanın bu ilin payızında olacağını, Finlandiya, Estoniya və Latviya tərəfindən 15, Azərbaycandan isə 8 şirkətin cəlb ediləcəyini vurğulayıb.