Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 248 823,84 min ABŞ dolları dəyərində 391 093,25 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 198 288,11 min dollar (4,9 dəfədən çox), həcm baxımından isə 299 330,71 ton (4,2 dəfədən çox) üstələyir.
Təkcə cari ilin fevralında bu ölkəyə 157 104,14 min dollar dəyərində 245 152,3 ton xam neft məhsulları ixrac edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 65 384,44 min dollar (71,3 faiz), həcm olaraq isə 99 211,35 ton (68 faiz) çoxdur.