Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 199 446,45 min ABŞ dolları və ya 3,2 dəfədən çox artaraq 289 377,58 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan İspaniyaya 277 730,62 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 196 934,65 min dollar və ya 3,4 dəfədən çox üstələyir.
İspaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 27,5 faiz və ya 2 511,8 min dollar artaraq 11 646,96 min dollar təşkil edib.
Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində İspaniya ilə ticarətin payı 4,04 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,9 faiz bəndi çoxdur.