Cari əməliyyatlar balansında 23 milyard dollardan artıq profisit yaranıb

2023.03.30 13:04 (UTC+04:00)

2022-ci il ərzində tədiyə balansının ehtiyat aktivləri 9.4 milyard dollar artıb. “vergiler.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

Belə ki, cari əməliyyatlar balansında 23.5 milyard dollar profisit yaranıb.

2022-ci ildə xam neftin orta qiyməti 104 $/barel olub, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 milyard dollar səviyyəsində formalaşıb.