Bu ilin yanvar-fevral aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 faiz artaraq 148,3 milyon manat olub.
“vergiler.az” Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 85 faizini təşkil edib.