Yeni aqrar layihə üzrə 1 milyon manatdan çox güzəştli kredit ayrılıb

2023.03.29 16:15 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu Samux rayonunda intensiv bağçılığın inkişafı layihəsi üzrə 1 mln. 50 min manat güzəştli kredit ayırıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, vəsait Samuxda fəaliyyət göstərən "Fruit Aqro" MMC-yə ödənilib.

Layihənin icrası nəticəsində 54 yeni iş yerinin yaradılması nəzərdə tutulur.