Perm ərazisindən Azərbaycana göndərilən 15 006,5 kubmetr ağac məmulatlarına nəzarət tədbirləri həyata keçirilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, laboratoriya tədqiqatları nəticəsində məhsulda zərərli orqanizmlər aşkar edilməyib və fitosanitar vəziyyətlə bağlı rəylər əsasında 143 sertifikat verilib.
Ümumilikdə, ilin əvvəlindən Azərbaycana Perm ərazisindən 44 926,2 kubmetr ağac məmulatı ixrac edilib və 442 fitosanitar sertifikatı tərtib edilib.