Naxçıvan MR-də nağdsız əməliyyatların həcmi 2,7 dəfədən çox artıb

2023.03.29 14:54 (UTC+04:00)

Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb.

Cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.