Mərkəzi Bank uçot dərəcəsini 8,75 faizə qaldırıb

2023.03.29 11:07 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,75 faizə çatdırılıb.

vergiler.az” AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 0,25 faiz artırılaraq 7 faizə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 faiz səviyyəsinə qaldırılıb.