Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 182 172,21 min ABŞ dolları və ya 3 dəfədən çox artaraq 270 008,53 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Rumıniyaya 254 360,41 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 189 207,47 min dollar və ya 3,9 dəfə üstələyir.
Rumıniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 31 faiz və ya 7 035,26 min dollar azalaraq 15 648,12 min dollar təşkil edib.
Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 3,77 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,67 faiz bəndi çoxdur.